Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
- Məlumata görə
iyunun 1-i ilə müqayisədə 0,01 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,08 bənd,
ötən il iyulun 1-nə nisbətən isə 0,02 bənd azdır.
AMB-nin
statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi
2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində
qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə
2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
18:05 02.08.2025
Oxunuş sayı: 602