Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 12 % artıb

Bu
ilin iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 231,8
milyon manat təşkil edib.
Crossmedia.az
xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata
görə aylıq müqayisədə 0,1 %, ilin əvvəlinə nisbətən 3,2 %, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə isə 12 % çoxdur.
Kredit
qoyuluşunun 21 milyard 023 milyon manatı və yaxud 69,5 %-i özəl bankların
payına düşüb. Bu, bir il əvvələ nisbətən 11,4 % çoxdur.
Hesabat
tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 449,1 milyon manat təşkil
edib. Bu, illik müqayisədə 13,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi
kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,6 %-ə yüksəlib.
İyulun
1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 759,7
milyon manat olub. Bu, illik müqayisədə 11,8 % çoxdur. İl ərzində BOKT-ların
ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 % olub.
Azərbaycanda
22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların
sayı isə 56-dır.
17:56 02.08.2025
Oxunuş sayı: 666