Birinci yarımildə Maliyyə Nazirliyi 27 vəzifəli şəxsi cərimələyib

Cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirilib.
Crossmedia.az Maliyyə Nazirliyə istinadən xəbər
verir ki, yoxlamalar zamanı, hüquqi qiymət verilməsi üçün prokurorluq və
hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər
nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən
inzibati xətalar törətdiklərinə görə 27 vəzifəli şəxsə cərimələr tətbiq olunub
və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən
aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının
qarşısının alınması və nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri
daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına müvafiq məktublar göndərilib.
17:08 30.07.2025
Oxunuş sayı: 1537