Ramin Məmmədov Vatikanda arxiyepiskop Edgar Pena Parra ilə görüşüb

Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi
nümayəndə heyəti Vatikana səfər çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət
Katibinin müavini, arxiyepiskop Edgar Pena Parra ilə görüşüb.
Crossmedia.az
xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin
yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, dinlər və mədəniyyətlərarası
dialoqun təşviqində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Komitə
sədri Ramin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini
müxtəlifliyin qorunması, dinlərarası harmoniyanın gücləndirilməsi istiqamətində
həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib.
Bildirib
ki, dinlərarası dialoqun dərinləşməsi istiqamətində aparılan məqsədyönlü dövlət
siyasəti multikultural və tolerant mühiti möhkəmləndirir. Dini qurumlar ölkə
qanunvericiliyinin onlara verdiyi imkanlardan bəhrələnərək dinlərarası dialoqun
möhkəmlənməsində və inkişafında yaxından iştirak edirlər.
Ramin
Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən dini icmalara
maddi və mənəvi dəstək göstərilir, ibadət məkanlarının bərpası və qorunması
istiqamətində mühüm addımlar atılır. O, birinci vitse-prezident Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dini-mədəni abidələrin
bərpa və qorunması istiqamətində həyata keçirdiyi layihələrin bəşəriyyətin
ümumi irsinə sonsuz ehtiramın ifadəsi olduğunu vurğulayıb.
Edgar
Pena Parra Vatikanla Azərbaycan arasında münasibətlərin inkişafını yüksək qiymətləndirərək,
sülh və qarşılıqlı anlaşma naminə göstərilən təşəbbüslərin əhəmiyyətinə diqqət
çəkib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə dünya mədəni, tarixi və dini irsinin
qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən
layihələri xüsusilə vurğulayıb. Qloballaşan dünyada dinlərarası dialoqun əhəmiyyəti
barədə danışan Dövlət Katibinin müavini bu istiqamətdə keçirilən tədbirlərin bəşəri
dəyərlərin təşviqində böyük önəm daşıdığını deyib.
17:17 28.07.2025
Oxunuş sayı: 1192