Sahil Babayev: "Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib"

Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard ABŞ dollarını keçib.
Crossmedia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında - “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsin III oxunuşda müzakirəsi zamanı bildirib.
"İnanıram ki, bu göstərici getdikcə artacaq. Yekdil rəy odur ki, 2024-cü il Azərbaycan üçün uğurlu il olub, makro-iqtisadi və makro-puredensial siyasət, dövlət proqramları, o cümlədən "Böyük qayıdış" proqramı uğurla icra edilib", - deyə o qeyd edib.
11:32 04.07.2025
Oxunuş sayı: 791