Beş ayda Türkiyə Azərbaycandan 35 min tona yaxın neft alıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 16,9 milyon ABŞ dolları dəyərində 34,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 74 milyon ABŞ dolları və ya 5,4 dəfə, həcm ifadəsində isə 131,1 min ton və ya 4,8 dəfə azdır.
Dövr ərzində Türkiyə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% az, həcm ifadəsində isə 493,4 min ton və ya 5% çoxdur.
17:23 25.06.2025
Oxunuş sayı: 628