Tramp TikTok-un satış müddətini 90 gün uzadacaq

ABŞ Prezidenti Donald Tramp bu həftə TikTok-un çinli sahibi ByteDance şirkətinə platformanı satmaq üçün verilmiş vaxtı uzadacaq. Bu, Tramp tərəfindən verilən üçüncü uzadılma qərarı olacaq.
İlk sərəncam Trampın yanvarın 20-də, vəzifəsinin ilk günündə imzaladığı qərarla verilmişdi. Daha sonra apreldə tətbiqin satışı ilə bağlı razılaşmanın uğursuzluğundan sonra əlavə 75 günlük möhlət tanınmışdı.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp bu dəfə TikTok-un satışı üçün verilmiş müddəti daha 90 gün uzadacaq. Ağ Evin mətbuat katibi Karoline Leavitt deyib ki, Tramp TikTok-un fəaliyyətinin davam etməsini istəyir və bu vaxtdan müqavilənin tamamlanması üçün istifadə ediləcək.
Tramp Kanadada keçirilən G7 sammitindən qayıdarkən jurnalistlərə bildirib ki, “yəqin ki,” müddəti yenidən uzadacaq. O, həmçinin Çin lideri Si Cinpinin bu razılaşmanı sonda təsdiqləyəcəyinə inandığını qeyd edib.
Trampın TikTok-a qoşulmasından sonra platformada 15 milyondan çox izləyicisi yaranıb və bu sosial media gənc seçicilər arasında onun populyarlığını artırıb.
Zəhra Ağayeva
14:02 18.06.2025
Oxunuş sayı: 457