Zəngəzurla Qarabağın dəyişilməsini təklif edən amerikalı diplomat: “Cənubi Qafqazda müharibə riski var”- MÜSAHİBƏ

XX əsrin sonlarında ABŞ diplomatiyasında çox tanınan, adı tez- tez hallanan əsas simalardan biri Pol Qobl idi. O, 1989-1992-ci illərdə ölkənin dövlət katibi olan Ceyms Beykerlə birlikdə çalışıb. Pol Qoblun həmin dövrkü və ondan sonrakı fəaliyyətində isə Cənubi Qafqazdakı durum, həmçinin ABŞ-Azərbaycan münasibətləri həmişə xüsusi yer tutub.
O, həm də özünün “Qobl planı” ilə tanınır. Həmin plana görə Ermənistanın Syunik (Zəngəzur) bölgəsi ilə Qarabağın dağlıq hissəsi dəyişməli idi. Amma Azərbaycan hakimiyyəti buna razı olmamışdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi keçirdiyi uğurlu siyasət nəticəsində digər anti- Azərbaycan xarakterli planlar kimi, belə təşəbbüslər də tarixin arxivinə qovuşdu.
P. Qobl Crossmedia.az-a geniş müsahibə verib:
- Sizcə, İkinci Qarabağ müharibəsindən beş il keçməsinə baxmayaraq, sülh müqaviləsinin imzalanmamasının əsl səbəbi nədir?
- Həm Bakı, həm də İrəvan sülh razılaşmasını sadəcə silahlı münaqişəyə son qoymaq kimi görmək əvəzinə, aralarındakı bütün problemləri birdəfəlik həll edən saziş istəyir. Bu, çox böyük sifarişdir və tezliklə əldə olunmayacaq.
- ABŞ dövlət katibi Marko Rubio bu yaxınlarda Cənubi Qafqazda münaqişə riskinin olduğunu bildirib. Siz nə düşünürsünüz?
- Bəli, müharibə riski var. Amma düşünürəm ki, əvvəlkindən daha azdır və yaxın gələcəkdə müharibənin başlayacağını gözləmirəm.
- Vaşinqton regionda sülh istəyirmi?
- Bəli.
- Ümumiyyətlə, Cozef Bayden administrasiyasından fərqli olaraq hazırkı iqtidarın Cənubi Qafqaz siyasətini necə qiymətləndirirsiniz?
- Məncə, Vaşinqton üçün başqa istqamətlər indi daha prioritetdir.
- Tramp administrasiyasının Şərqi Avropa siyasəti sizi qane edirmi? Tramp bu müharibəni bitirə bilərmi?
- Mən Ukrayna və NATO tərəfdarıyam. Oa görə də Vaşinqtonun indi Şərqi Avropaya yanaşma tərzindən tam razı deyiləm. Prezident Trampın Putinin bitirmək istəmədiyi müharibəni bitirə biləcəyini düşünmürəm.
- Avropa ilə ABŞ arasında artan gərginlik NATO-nun dağılması ilə nəticələnə bilərmi?
- Ümid edirəm ki, bu, qarşısını ala biləcəyimiz təhlükədir.
Kənan Novruzov
18:33 30.05.2025
Oxunuş sayı: 1490