İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildəki İllik Toplantısı Azərbaycanda keçiriləcək




İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildəki İllik Toplantısı Azərbaycanda keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildəki İllik Toplantısı Azərbaycanda keçiriləcək. Bununla əlaqədar Əlcəzairdə ev sahibliyini təhvilalma mərasimində iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə İİB Qrupuna təşəkkürümüzü bildiririk.
Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin islam maliyyə institutları ilə əməkdaşlığının güclənməsinə, yeni investisiya imkanlarının yaranmasına və dayanıqlı iqtisadi inkişafa təkan verəcək. Mərasim çərçivəsində, həmçinin İİB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu imzaladıq", - deyə paylaşımda qeyd edilib.
16:28 22.05.2025
Oxunuş sayı: 666