Masaüstü robot artıq sizin əvəzinizə yemək bişirir

2017-ci ildə Raghav Gupta uşaqlıqda alışdığı ev yeməklərinə asanlıqla çıxış əldə etmək istəyilə yeni bir texnoloji həll üzərində çalışdı. Evdə yemək bişirməyə vaxt tapmayan və paket yeməklərə pul xərcləmək istəməyən Gupta, bu problemi robot texnologiyası ilə həll etmək qərarına gəldi və nəticədə ABŞ-də fəaliyyət göstərən “Posha” adlı startapı təsis etdi.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Posha” şirkəti TechCrunch Startup Battlefield müsabiqəsində iştirak etmiş və hazırda masaüstü yemək bişirən robotlar istehsalı ilə məşğuldur. Bu robotlar kompüter görmə texnologiyası sayəsində müxtəlif reseptlərə uyğun yeməklər hazırlaya bilir.
İstifadəçilər mobil tətbiq və ya cihaz üzərindən reseptləri seçir, tələb olunan ərzaqları əlavə edir və cihaz həmin ərzaqlardan yeməyi özü bişirir. Posha-nın əsas üstünlüyü isə istifadəçilərin ərzaqları tam dəqiq ölçməməsi halında da düzgün işləməsidir. Şirkətin qurucusu Gupta bildirir ki, bu sistem fərdiləşdirilə bilən və istifadəçini bağışlayan şəkildə dizayn edilib, beləliklə istifadəçilər müəyyən ərzaqları əvəz edə və yenə də nəticə ala bilərlər.
Yeni nəsil bu texnoloji həll, xüsusilə vaxt problemi yaşayan şəxslər üçün praktiki bir çıxış yolu kimi qiymətləndirilir.
Zeynəb Yunuszadə
21:10 08.05.2025
Oxunuş sayı: 882