“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

Bu ilin yanvar-aprel ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn 201 min 837 bilet əldə edilib.
Crossmedia.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-ya istinadən bildirir ki, bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Ötən ilin ilk 4 ayı ərzində onlayn qaydada 97 min 79 bilet əldə edilmişdi. Rəqəmlər də göstərir ki, sərnişinlər səfərlərini reallaşdıran zaman onlayn bilet almağa daha çox üstünlük verirlər.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 319 reys olmaqla 371 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
14:03 08.05.2025
Oxunuş sayı: 723