Manatla pul kütləsinin həcmi açıqlanıb

Bu ilin aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46,7 milyard manat təşkil edib.
Crossmedia.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 56 milyonmanat və ya 0,12%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,9 milyard manat və ya 4,2% çoxdur.
Bundan başqa, 2025-ci ilin aprelin 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 35,6 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 123 milyon manat və ya 0,35%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və ya 3,2% çoxdur.
Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 28,3 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 157 milyon manat və ya 0,56% çox, 2024-cü ilin eyni dövrünə nisbətən isə 387 milyon manat və ya 1,35% azdır.
Eyni zamanda, bu ilin martın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,1 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 525 milyon manat və ya 3,38%, ötən ilin eyni dövrünə nisbətən isə 640 milyon manat 4,15% çoxdur.
14:15 28.04.2025
Oxunuş sayı: 742