Tesla Robotaxi xidmətini test etməyə başlayıb

Tesla şirkəti bu yay istifadəyə verilməsi planlaşdırılan robotaxi xidmətinin sınaqlarına Austin və San Francisco Bay Area bölgələrində start verib. Şirkət çərşənbə axşamı X platformasında paylaşdığı açıqlamada bildirib ki, "FSD nəzarətli ride-hailing xidməti Austin və San Francisco Bay Area-da erkən dövr işçiləri üçün aktivdir."
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, FSD, yəni "Full Self-Driving" (Tam Öz-özünə Sürmə) sistemi, Tesla sahiblərinə abunəlik əsasında təqdim edilən və müəyyən avtomatlaşdırılmış sürmə funksiyalarını yerinə yetirə bilən inkişaf etmiş sürücü kömək texnologiyasıdır. Bununla belə, sistem hələ də sürücünün sükan arxasında nəzarətini tələb edir və tam müstəqil sürmə qabiliyyətinə malik deyil.
Hazırda minlərlə Tesla sahibi nəzarətli FSD sistemindən istifadə edir. Şirkətin son açıqlamasına əsasən, yaxın gələcəkdə "Robotaxi" tətbiqi vasitəsilə qeyri-Tesla sahiblərinin də filodakı avtomobilləri çağıraraq bu xidmətdən istifadə etməsi nəzərdə tutulur.
Zeynəb Yunuszadə
17:30 26.04.2025
Oxunuş sayı: 1040