Perplexity öz brauzerini istifadəyə verir

Perplexity yalnız Google ilə rəqabət aparmaq istəmir, həm də Google-un yerini almağı hədəfləyir. Şirkətin CEO-su Aravind Srinivas bildirib ki, Perplexity-in brauzer qurmasının əsas məqsədlərindən biri istifadəçilərin tətbiqdən kənar fəaliyyətlərini izləmək və bu məlumatlar əsasında premium reklamlar təqdim etməkdir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu yolla istifadəçi profilləri daha dəqiq qurulacaq və göstərilən reklamlar daha uyğun olacaq. O, istifadəçilərin bu izləmə səbəbindən narahat olmayacağına inanır.
Comet adlandırılan yeni brauzerin bəzi çətinliklərə baxmayaraq may ayında istifadəyə verilməsi planlaşdırılır.
Zeynəb Yunuszadə
17:12 26.04.2025
Oxunuş sayı: 948