iPhone 17e test istehsalı başlamaq üzrədir

Çində ardıcıl bazar itkiləri yaşayan Apple, bu vəziyyətə həll tapmağa çalışır. iPhone 17e ilə Çində yenidən yüksəlməyi hədəfləyən şirkət, işi ciddi şəkildə davam etdirir.
iPhone 17e Nə Zaman Gələcək?
Crossmedia.az Apple istinadən xəbər verir ki, iPhone 16e ilə böyük bir satış uğuru qazanan Apple, indi isə digər modelini hazırlamağa başlayıb. Hər il üçün uyğun qiymətli bir iPhone e modeli inkişaf etdirmə planı çərçivəsində, iPhone 17e-nin də gələn il rəflərdə yerini alması gözlənilir.
iPhone 17e-nin çıxış tarixi ilə bağlı məlumatlar, modelin 2026-cı ilin may ayında bazara çıxacağına işarə edir. Lakin bu tarix, Apple-ın bazar dinamikaları və istehsal prosesinə əsasən, daha erkən və ya daha gec ola bilər.
iPhone 17e-nin İstehsal Prosesi Başlayır
Son düzəlişlər edilən iPhone 17e-nin test istehsalına qısa müddət ərzində başlanması gözlənilir. Testlər uğurla başa çatarsa, kütləvi istehsala keçiləcək. iPhone 17e, Çində güclü bir rəqabətlə üzləşəcək. Apple, son 7 rüb ərzində Çində yerli istehsalçılara qarşı satışlarında azalma müşahidə edir. Buna görə də, iPhone 17e Apple üçün böyük bir önəm daşıyır
Zəhra Ağayeva
19:17 23.04.2025
Oxunuş sayı: 1029