iPhone 17 Pro seriyası "Sky Blue" adlı yeni rəng seçimi ilə təqdim olunacaq

Bu haqqda Apple cihazları ilə bağlı dəqiq məlumatları ilə tanınan sızdırıcı Majin məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, iPhone 17 Pro və 17 Pro Max modelləri üçün nəzərdə tutulan bu yeni rəng ötən ay təqdim olunan Sky Blue M4 MacBook Air modelinə bənzəyəcək. “Təchizat zəncirinə yaxın mənbələrə” istinadən bildirilib ki, Apple artıq bu yeni rəngdə iPhone 17 Pro modellərinin prototiplərini istehsal edib.
Qeyd edək ki, Apple sonuncu dəfə açıq mavi tonlu Pro modelini 2021-ci ildə – iPhone 13 Pro seriyasındakı Sierra Blue rəngi ilə təqdim etmişdi.
Zeynəb Yunuszadə
18:05 22.04.2025
Oxunuş sayı: 707