Oppo, Hindistan bazarında A5 Pro 5G modelini təqdim edəcəyini açıqlayıb

Oppo şirkəti sərfəli A seriyasına daxil olan A5 Pro 5G modelini 2025-ci il aprelin 24-də Hindistan bazarında satışa çıxaracağını elan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeni Oppo A5 Pro 5G modeli dayanıqlığa üstünlük verən dizaynla hazırlanıb. Şirkətin "zərbəyə davamlı 360° Zirehli Bədən" adlandırdığı texnologiya sayəsində cihaz hər bucaqdan yerə düşməyə qarşı davamlılıq və sərt istifadə üçün uyğun quruluşa malikdir. Bundan əlavə, telefon IP69 toz və suya davamlılıq sertifikatına sahibdir.
Telefonun digər əsas xüsusiyyətləri arasında 5800 mAh batareya və 45W SUPERVOOC sürətli enerji yığma texnologiyası yer alır. Şirkət həmçinin çətin əlaqə şəraitində şəbəkəni 200% gücləndirən texnologiyanın olduğunu da bildirib.
Cihazla bağlı əlavə texniki detallar və qiymətə dair məlumatların isə yaxın günlərdə açıqlanacağı bildirilib.
Zeynəb Yunuszadə
18:00 19.04.2025
Oxunuş sayı: 657