Samsung Good Lock qlobal Play Store yayımlanmasına başladı

Samsung-un Good Lock tətbiqi artıq qlobal şəkildə Google Play Store-da istifadəyə verilir. Əvvəllər yalnız Galaxy Store-da mövcud olan bu fərdiləşdirmə paketi, ötən il Google Play Store-da erkən giriş beta versiyası kimi təqdim olunmuşdu və indi tam versiyası istifadəyə verilib.
Crossmedia.az saytı xarici mediaya istinadən xəbər verir ki, burada bir şərt var – tətbiqdən istifadə etmək üçün One UI 7 işlədən bir Samsung telefonuna ehtiyacınız olacaq. Bu da deməkdir ki, yalnız Galaxy S25 seriyası və ya bəxti gətirənlər üçün Galaxy S24 seriyası cihazları uyğun gəlir.
Xatırladaq ki, Samsung keçən həftə S24 seriyası üçün One UI 7-nin sabit versiyasını yayımlamağa başlamışdı, lakin cihazlarda aşkar olunan bir neçə xəta səbəbilə yayımı dayandırmışdı. Hazırda One UI 7 yeniləməsinin nə vaxt davam edəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib, lakin Samsung-un proqram təminatı komandası problemləri aradan qaldırmaq və yeniləməni bərpa etmək üçün fəal işləyir.
Zeynəb Yunuszadə
19:16 15.04.2025
Oxunuş sayı: 1904