Süni intellektli Bayraktar səmada öz yerini tapdı

Türkiyənin ilk milli silahlı insansız hava maşını Bayraktar TB2-nin yeni versiyası, süni intellektə sahib Bayraktar TB2T-AI səmada yerini alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Yeni SİHA yüksək sürət, hündürlük və ağıllı uçuş qabiliyyətləri ilə öz sinfində ən yaxşı olacaq. Bayraktar TB2T-AI 30 dəqiqədən az müddətdə qalxaraq öz rekordunu qırıb.
Qeyd edək ki, süni intellektə əsaslanan sistemlər, təcili hallarda təhlükəsiz geri dönüşü təmin edir.
Fatimə Məmmədova
18:09 22.02.2025
Oxunuş sayı: 4468