SpaceX 21 Starlink peykini orbitə göndərdi - yeni rekord

Falcon 9 raketi 21 Starlink genişzolaqlı internet peykini orbitə göndərib. Raket Florida ştatındakı Kosmik Qüvvələr Stansiyasından Bakı vaxtı ilə saat 10:14-də havaya qalxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bu raketin birinci mərhələsi üçün 26-cı uçuş olub və SpaceX-in keçən ay müəyyən etdiyi rekordu yeniləyib. Belə ki, bu mərhələ indiyədək 15 dəfə Starlink peyklərini orbitə daşıyıb.
Raketin yuxarı mərhələsi uçuşdan 65 dəqiqə sonra 21 peyki Yerətrafı orbitə buraxıb. Qeyd edək ki, bu peyklərdən 13-ü mobil rabitə üçün birbaşa bağlantı imkanına malikdir.
Bu, 2025-ci ildə həyata keçirilən 20-ci Falcon 9 uçuşu və Starlink şəbəkəsini genişləndirməyə yönəlmiş 14-cü missiya olub. Hazırda Starlink şəbəkəsində təqribən 7.000 peyk fəaliyyət göstərir ki, bu da onu dünyanın ən böyük kosmik rabitə sistemi edir.
Xatırladaq ki, Falcon 9 raketinin birinci mərhələsi sonuncu dəfə 10 yanvarda uçub və həmin missiya da Starlink peyklərinə həsr olunub.
Fatimə Məmmədova
01:31 16.02.2025
Oxunuş sayı: 4987