Azərbaycanın Türkiyədən idxal xərci aşağı düşdü
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 1 milyard 541,916 milyon ABŞ dolları dəyərində mal idxal edib.
Crossmedia.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 % azdır.
8 ay ərzində Azərbaycana tədarük Türkiyənin ümumi ixracının 1 %-ni təşkil edib.
Avqustda isə Türkiyə Azərbaycana 196,687 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,5 % azdır.
Yanvar-avqust aylarında Türkiyədən ən çox mal idxalını Almaniya (13 milyard 576 milyon ABŞ dolları,1 il əvvələ nisbətən 3,8 % çox), ABŞ (9 milyard 637 milyon ABŞ dolları, 12,9 % çox) və Birləşmiş Krallıq (9 milyard 219 milyon ABŞ dolları, 2,6 % çox) həyata keçirib.
Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 4,7 % artaraq 161 milyard 162,073 milyon ABŞ dollarına, avqust ayında isə 8,8 % artaraq 20 milyard 200,171 milyon ABŞ dollarına çatıb.
11:09 05.09.2026
Oxunuş sayı: 41