Azərbaycan mis ixracından gəlirini 10 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 152 milyon 984,5 min ABŞ dolları dəyərində 69 min 117,35 ton mis filizləri və konsentratları ixrac edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 136 milyon 3,3 min ABŞ dolları (9,5 dəfə), həcm baxımından isə 59 min 51,1 ton (6,8 dəfə) çoxdur.
Hesabat dövründə mis filizləri və konsentratlarının ixracından əldə olunan gəlir ümumi ixrac gəlirlərinin 0,5 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
11:06 28.08.2026
Oxunuş sayı: 52