Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 18 milyon 264 min kvadratmetr pambıq parça istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.
Bu il avqustun 1-nə ölkədə 145,7 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 7,2 % çoxdur.
19:49 27.08.2026
Oxunuş sayı: 43