Azərbaycanda üzüm istehsalına dair vəziyyət açıqlanıb
2025-ci ildə Azərbaycanda 14,9 min hektar ərazidə üzüm əkilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı rayonuna təşkil etdiyi mediaturda məlumat verilib.
Bildirilib ki, ötən il üzüm bağlarında hər hektar üzrə məhsuldarlıq 8,6 % artaraq 106,6 sentner, ölkə üzrə üzüm istehsalı isə 0,5 % artaraq 210,9 min ton təşkil edib. Bu dövrdə intensiv və superintensiv üzüm bağlarının sahəsi 15,7 % artaraq 1,5 min hektar olub və cəmi üzüm bağlarının 9,9 %-ni təşkil edib. 2021-2025-ci illərdə 1 milyon 136,5 hektar yeni üzüm bağı salınıb. Ötən il salınmış yeni üzüm bağlarının 11,1%-i intensiv və superintensiv bağlar olub.
2025–2026-cı təsərrüfat ilində salınmış, müəyyən edilmiş meyarlara və subsidiya tələblərinə cavab verən üzüm bağlarının hər hektarına 8 000 - 16 500 manat subsidiya ödənilib.
16:58 27.08.2026
Oxunuş sayı: 51