Azərbaycanda daha 44 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətimnin keçirdiyi növbəti hərracda 44 nəqliyyat vasitəsi satılıb.
Crossmedia.az quruma istinadən xəbər verir ki, yük avtomobillərinin və texnikaların satışı zamanı rəqabət müşahidə edilib.
Belə ki, hərracda start qiyməti 7 350 manat olan lot 30 200 manata, ilkin qiyməti 3 100 manat olan "KAMAZ" markalı yük avtomobili 21 031 manata, ilkin qiyməti 2 000 manat olan "Amkodor" markalı ekskavator-yükləyici isə 15 100 manata satılıb.
Növbəti hərraclar 1, 8, 15, 22 və 29 sentyabrda olacaq.
11:41 27.08.2026
Oxunuş sayı: 41