Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-dən çox artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 718,8 milyon manat olub.
Bu barədə Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1 % çoxdur.
7 ayda ölkədə özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 %-i hüquqi şəxslərin, 50,1 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 % artaraq 853,9 milyon manat olub.
13:48 24.08.2026
Oxunuş sayı: 52