Azərbaycanda unlu qənnadı məmulatlarının istehsalı 3 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 42 min 810 ton unlu qənnadı məmulatları istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.
Avqustun 1-nə ölkədə müəssisələrin anbarlarında 1 min 157,2 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,2 dəfə azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.
13:15 24.08.2026
Oxunuş sayı: 46