Azərbaycanda hazır çay ehtiyatları bir il ərzində 2 dəfə artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 537 ton çay istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır.
Avqustun 1-nə müəssisələrin anbarlarında 174,1 ton hazır məhsul ehtiyatı olub, bu da bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.
14:56 22.08.2026
Oxunuş sayı: 55