Azərbaycanda makaron istehsalı 4 %-dən çox artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 9 min 175,6 ton makaron məmulatları istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 4,4 % çoxdur.
Avqustun 1-nə müəssisələrin anbarlarında 72,5 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 43,23 % azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.
14:49 22.08.2026
Oxunuş sayı: 65