Azərbaycanda 7 ayda 1 600 kiloqramdan çox qızıl istehsal edilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 637,4 kq qızıl, 2 154 kq gümüş istehsal edilib.
Bu barədə Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qızıl istehsalı 2025-ci ilin 7 ayı ilə müqayisədə 12,1 %, gümüş istehsalı isə 15 % azalıb.
Ötən 7 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 10 667,7 ton olub ki, bu da bir il öncəki göstəricidən 6,3 dəfə çoxdur.
Bu ilin avqustun 1-nə olan məlumata görə, ölkədə 162,5 kq qızıl, 600,4 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 1 908,4 ton təşkil edib.
17:26 20.08.2026
Oxunuş sayı: 48