Rusiya prezidenti Vladimir Putin bu gece Ukraynaya ballistik raket zerbesi endirildiyi xəbərini təsdiq edib. O, bildirib ki Qərb raketlərinin istifadəsinə cavab olaraq, bu gün Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektinə “birgə zərbə” endiriblər. Buraya nüvə komponenti olmayan orta mənzilli ballistik raketin istifadəsi daxildir.
Crossmedia.az bildirir ki, hədəf Dnepropetrovskdakı hərbi-sənaye obyekti olub: “Rusiya Silahlı Qüvvələri Ukraynanı ən yeni orta mənzilli raket sistemlərindən biri - "Oreşnik" adlı nüvəsiz ballistik raketlə vurdu. Rusiya ballistik raketi Ukraynanın ən böyük silah komplekslərindən birini vurub”. Putin bildirib ki, Rusiya Federasiyasının ərazisini vuran raketlərin əsas sahibi olan ölkələrin hədəflərini vurmaq hüququna malikdir. O, həmçinin Rusiya ordusunun daha böyük zərbələr öncəsi Ukrayna xalqına həmin zonaları tərk etmək haqqında yekun çağırış edəcəyini bildirib: “Ən son raket sistemlərinin növbəti hücumları zamanı məhv ediləcək obyektlər Rusiya Federasiyasına təhdidlər əsasında müəyyən ediləcək.
Rusiya əvvəlcədən mülki şəxslərə Oreshnik və digər sistemlərin vurması planlaşdırılan təhlükəli zonaları tərk etməyi təklif edəcək. “Oreşnik” sistemi NATO-nun Rusiyaya qarşı aqressiv hərəkətlərinə cavab olaraq sınaqdan keçirilir”.
Rusiya prezidentinin sőzlərinə gőrə, hazırda Rusiyanın ən son yeni silahlarına qarşı gəlmək üçün heç bir vasitə yoxdur və onlar hadisələrin istənilən ssenari ilə inkişafına hazırdırlar:
"Biz bir daha bəyan edirik ki, bu dünyada istənilən ssenariyə hazırıq və Rusiya Federasiyası bundan sonra olacaqlara görə məsuliyyət daşımayacaq. Rusiyanın olmadığı dünya bizə lazım deyil".