Aydahodakı milli nüvə laboratoriyasına 20 ukraynalı (10 SBU əməkdaşı və 10 Ukrayna Silahlı Qüvvələrinin hərbçisi) gəlib. Orada onlara nüvə partlayışından sonra zibil toplamaq üsullarını öyrəniblər.
Crossmedia.az bildirir ki, bu barədə "Defence One" məlumat yayıb.
Həmçinin, SBU əməkdaşları ABŞ-da “nüvə hücumlarına dair sübutlar” toplamaq üçün təlim keçiblər. Bu məşqin məqsədi analiz üçün yüksək keyfiyyətli nümunələr toplamaq qabiliyyətini artırmaqdır. Cəmi iki il əvvəl Ukraynanın belə imkanları yox idi.