Qərb sivilizasiyası artıq dünyada üstünlük təşkil etmir və iqtisadiyyatın mərkəzi Şərqə doğru hərəkət edir.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən "Avrasiya" forumunda çıxışında bildirib.
"Qərb sivilizasiyasının beş yüz illik üstünlüyü başa çatdı. Qərb dünyasının liberal hegemonluğu sona çatdı və Qərb üçün artıq "ən gözəl və ən ağıllı" olmadığını qəbul etmək asan olmayacaq", - deyə o, qeyd edib.
O bildirib ki, Avropa Avrasiyanın bir hissəsi olaraq Asiya ölkələri ilə münasibət qurmağı və bundan fayda əldə etməyi bacarmır. Orban hesab edir ki, buna səbəb Avropa liderlərinin "kifayət qədər intellektual gücə" malik olmamasıdır.
Emil Bağızadə