CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Nqiyem Vu Xai

09:24 20.11.2026

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Fəxri Prezidenti: Azərbaycanda təhsil almış vyetnamlı tələbələr böyük uğurlar qazanıblar

90

"Azərbaycanda təhsil almış vyetnamlı tələbələr sonradan böyük uğurlar qazanıblar". Crossmedia.az xəbər verir ki, bunu Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Fəxri Prezidenti Nqiyem Vu Xai bildirib. “Mən 1970-ci ilin avqustunda Bakıya gəlmişəm. Həmin vaxt orta məktəbi bitirmişdim və 17 yaşım var idi. Bir il rus dili hazırlıq kursunda təhsil aldım. Daha sonra Bakı Dövlət Universitetinə daxil oldum və beş il burada təhsil aldım. Rus dili ixtisası üzrə diplom aldım. Bakıda təhsil aldığım müddətdə təkcə mənə deyil, bütün vyetnamlı tələbələrə müəllimlərimiz, professorlarımız və tələbə yoldaşlarımız tərəfindən böyük dəstək, yardım və səmimi münasibət göstərilirdi. Həmin vaxt Vyetnamda müharibə çox ağır gedirdi. Azərbaycan xalqı, xüsusilə də əziz şəhərimiz Bakı sakinləri bizi mübarizə aparan Vyetnam xalqının nümayəndələri kimi qəbul edirdilər. Onlar hər il bizimlə həmrəylik nümayiş etdirir, təhsil almağımız və yaşamağımız üçün ən yaxşı şəraiti yaradırdılar. Buna görə də bu günədək həmin çətin günləri xatırlayanda çox duyğulanıram. 1976-cı ildə təhsilimi başa vurduqdan sonra Vyetnama qayıtdım. Universitetdə müəllim kimi çalışmağa başladım. Daha sonra orada doktorluq dissertasiyası müdafiə etmək istədim. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanda qazandığım bütün bilik və təcrübə Yaponiyada davam etdirdiyim təhsil və sonrakı fəaliyyətimə çox böyük təsir göstərib.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər