CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: ABŞ-İran münasibəti

13:00 25.11.2026

ABŞ İran münasibətlərinin inkişafı ilə bağlı üç mümkün ssenari açıqlandı

45

İran parlamentinin ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsini təcili qaydada qəbul etməyə hazır olması beynəlxalq münasibətlər sistemində, xüsusilə də Yaxın Şərqdə nüvə təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. ABŞ və İsraillə hərbi qarşıdurmadan sonra Tehranda bu istiqamətdə səsləndirilən çağırışların intensivləşməsi İranın gələcək nüvə siyasətinin hansı istiqamətdə dəyişə biləcəyi ilə bağlı suallar doğurur. İran parlamentində müqavilədən çıxmaq təşəbbüslərinin irəli sürülməsi, eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi ilə münasibətlərdə etimadın azalması Tehranın beynəlxalq nüvə nəzarəti mexanizmlərinə yanaşmasında mümkün dəyişikliklərdən xəbər verir. Digər tərəfdən, İranın NPT-dən çıxmaq niyyəti yalnız ABŞ və İsrailə ünvanlanan siyasi mesaj kimi deyil, həm də regionda qüvvələr balansına təsir göstərə biləcək strateji addım kimi qiymətləndirilir. Belə bir qərar İranın nüvə fəaliyyətlərinə beynəlxalq nəzarətin zəifləməsi, regional dövlətlər arasında nüvə silahlanması meyillərinin güclənməsi və Yaxın Şərqdə yeni təhlükəsizlik böhranının yaranması ehtimalını gündəmə gətirir.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər