Aİ insan haqları ilə bağlı duruma görə İranı sərt tənqid edib
Avropa İttifaqı (Aİ) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bəyanatda yanvar etirazlarının zorakılıqla yatırıldığı, nəticədə minlərlə mülki şəxsin həyatını itirdiyi bu hadisələr tənqid edilib.
Aİ daxili narazılığın yatırılması məqsədilə ölüm hökmünün tətbiqini və geniş yayılmış özbaşına həbsləri qınayıb.
Bəyanatda qeyd olunub ki, İranda edamların sayı narahatlıq doğurur və ədalətsiz şəkildə saxlanılan bütün şəxslərin qeyd-şərtsiz azad olunması tələb edilir.
Aİ İran hakimiyyətini internet və digər kommunikasiya vasitələrinə tam və maneəsiz çıxışı dərhal bərpa etməyə çağırıb.
16:48 19.06.2026
Oxunuş sayı: 55