Ermənistanda prezident kürsüsü uğrunda mübarizə: Əsas rəqiblər Paşinyanın sağ və sol qoludur
Ermənistanda prezident kürsüsü uğrunda hakimiyyət daxilində mübarizə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
Bildirilib ki, Prezident Vaaqn Xaçaturyanın səhhətində ciddi problemlər var və səlahiyyət müddəti başa çatana qədər öz kreslosunda qala bilməyəcək.
Prezident 2022-ci ildə 7 illik müddətə seçilib.
Xaçaturyanın yerinə baş nazirlik aparatının rəhbəri Arayik Arutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan əsas namizədlərdir.
16:44 19.06.2026
Oxunuş sayı: 51