Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Afrika qitəsi ölkələrindən ümumilikdə 3 min 380 turist səfər edib.
Crossmedia.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
Üç ay ərzində ölkəyə Əlcəzairdən 1 073nəfər (+87,3), Mərakeşdən 616 nəfər (-12,3 %), Komor adalarından 260 nəfər (-26,3 %), Nigeriyadan 236 nəfər (2 dəfə çox), Cənubi Afrikadan 228 nəfər (-24,3%), Sudandan 221 nəfər (-19,9 %), Efiopiyadan 113 nəfər (2,9 dəfə çox), Keniyadan 83 nəfər (-33,1 %) və Tunisdən 81 nəfər (+5,5 %) turist Azərbaycana səfər edib.
Bundan başqa, ölkəmiz Qanadan 56 nəfər (+3,7 %), Liviyadan 44 nəfər (+2,3%),Sierra-Lionedən 38 nəfər (6,3 dəfə çox), Somalidən 30 nəfər (-41,2 %), Çaddan 22 nəfər (3,1 dəfə artıb), Mavritiusdan 22 nəfər (+ 22,2 %), Seneqaldan 22 nəfər (+69,2 %), Uqandadan 20 nəfər (-35,5 %), Fil Dişi Sahilindən 19 nəfər (2,1 dəfə artıb), Kamerundan 17 nəfər (-32 %), Zimbabvedən 17 nəfər (-10,5 %), Tanzaniyadan 16 nəfər (-27,3 %), Demokratik Konqodan 14 nəfər (3,5 dəfə artıb ), Qvineyadan 13 nəfər (-71,7 %), Ruandadan 13 nəfər (+30 %), Eritreyadan 10 nəfər (+25 %), Burkina Fasodan 10nəfər (3,3 dəfə çox), Konqodan 10 nəfər (10 dəfə çox), Mavritaniyadan isə 10 nəfər (-47,4 %), turist qəbul edib.
Həmçinin 3 ay ərzində, Malidən 8 nəfər (-33,3 %), Mozambikdən 6 nəfər (+50 %), Nigerdən 6 nəfər (+50 %), Qabondan 6nəfər (2 dəfə çox), Burundidən 5 nəfər (-28, 6 %), Qambiyadan 5 nəfər (-37,5%), Anqoladan 4 nəfər (2 dəfə çox), Benindən 4 nəfər (2 dəfə çox), Svazilenddən 4 nəfər (ötən ilin ilk rübündə gələn olmayıb), Toqodan 4 nəfər (-20 %), Namibiyadan 3 nəfər (-25 %), Sudandan 3nəfər ( ötən ilin ilk rübündə gələn olmayıb), Zambiyadan 3 nəfər (-40 %), Cibutidən 2nəfər (-77,8 %), Liberiyadan 2 nəfər (-85,7 %), Madaqaskardan isə 1 nəfər (-75%) turist Azərbaycana səfər edib.
Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
17:46 30.05.2026
Oxunuş sayı: 45