Astrologiya niyə populyarlaşır?
" Astrologiyanın populyarlığı hər zaman var idi".
Bunu Crossmedia.az-a geniş müsahibəsində astroloq Fidan Ələsgərova deyib.
Sadəcə hər kəs üçün əlçatan deyildi. Çünki Astrologiya qədimdə elit təbəqənin, kahinlərin və saraylarda yaşayan insanların istifadə etdiyi bir bilik vasitəsi idi. Hökmdarlar, krallar, padşahlar "müharibə vaxtını, evlilikləri, tacqoyma mərasimlərini, səfərləri astroloqları vasitəsilə müəyyənləşdirirdilər. Hazırda da bir çox dövlət başçıları tərəfindən aktiv şəkildə istifadə olunur.Müasir dövrdə astrologiyaya marağın artmasının başlıca səbəblərindən biri insanlar üçün əlçatan bir səviyyəyə çatmasıdır. Burada təbii ki,sosial şəbəkələrin yardımı daha çox üstünlük təşkil edir", - o bildirib.
22:41 22.05.2026
Oxunuş sayı: 65