Hakan Fidan Rubio ilə görüşüb
Türkiyənin xarici işlər nazir Hakan Fidan İsveçin Helsinqborq şəhərində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.
Tərəflər NATO xarici işlər nazirlərinin iclası çərçivəsində bir araya gəliblər.
Onların müzakirə etdikləri məsələlər açıqlanmayıb.
21:46 22.05.2026
Oxunuş sayı: 60