Rusiya və Ukrayna liderləri bir araya gəlir?
Atəşkəs şərtləri müəyyən bir yetkinlik səviyyəsinə çatarsa, liderlər (RED: Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenski nəzərəd tutulur) səviyyəsində görüşün ehtimalını tamamilə istisna etmək olmaz.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Türkiyəli politoloq Levent Ersin Orallı deyib.
"Tarixin ən şiddətli müharibələrinin sonunda belə, liderlər masa arxasına oturmalı olublar. Hazırda tərəflər hələ də mövqelərini möhkəmləndirməyə çalışırlar; Lakin diplomatik əsas yaradılarsa, yüksək simvolik və strateji dəyərə malik zirvə görüşü gündəmdə ola bilər. Liderlər arasında görüş, xüsusən də təhlükəsizlik zəmanətləri, ərazi məsələləri və atəşkəs mexanizmi kimi məsələlərə aydınlıq gətirilmədən çətin görünür. Lakin artıq bunun "qeyri-mümkün" hesab edildiyi bir nöqtədə deyilik", - o bildirib.
22:24 13.05.2026
Oxunuş sayı: 49