Putin niyə Zelenski ilə görüşə razılıq verdi?
Rusiyanın danışıqlara ilk dəfə daha açıq şəkildə qapı açması, müharibənin təkcə hərbi deyil, həm də iqtisadi, psixoloji və strateji cəhətdən tükənmə mərhələsinə qədəm qoyduğunu göstərir.
Bunu Crossmedia.az-a geniş müsahibəsində türkiyəli politoloq Levent Ersin Orallı deyib.
"Nə Moskva qısa müddətdə qəti qələbə qazana bildi, nə də Kiyev döyüş meydanında qəti dönüş nöqtəsi yaratdı. Buna görə də, hər iki tərəf müharibənin xərclərini qazanmaq qədər idarə etməli olduqlarını görür. Xüsusilə uzun sürən müharibələr liderləri müəyyən bir nöqtədə diplomatiyaya sövq edir. Bu mənzərə sabah sülhün gələcəyini deyil, müharibənin sonsuza qədər davam edə bilməyəcəyinin daha yüksək səviyyədə qəbul edildiyini göstərir", - o bildirib.
22:18 13.05.2026
Oxunuş sayı: 41