Karapetyan Paşinyanın seçkilərdə uduzacağına əmin olduğunu bildirib
"Güclü Ermənistan" partiyasının lideri və baş nazirliyə namizəd Samvel Karapetyan bildirib ki, hakimiyyətin seçkiqabağı "rüşvətlərinin" Nikol Paşinyanın hakimiyyətdə qalmasına kömək etməyəcəyinə inanır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Aysor" məlumat yayıb.
O, Ermənistanı dəyişikliklərin gözlədiyini qeyd edib: "Biz bütün ermənilər üçün - həm ümidini itirənlər, həm də ümidini qoruyanlar üçün milli dəyərlərə sadiq vətənpərvər bir hökumətə çevriləcəyik. Güclü Ermənistan bütün ermənilər üçün evə çevriləcək".
21:30 12.05.2026
Oxunuş sayı: 50