Vyaçeslav Volodin Ermənistana xəbərdarlıq edib
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Ermənistandakı siyasi hadisələr, o cümlədən İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti və xarici liderlərin sonrakı açıqlamaları Moskva ilə İrəvan arasında münasibətlərin gələcək inkişafı ilə bağlı suallar doğurur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Aysor" məlumat yayıb.
O, Ukraynadakı vəziyyətlə paralellər apararaq qeyd edib ki, bu cür addımlar gərginliyin artmasına səbəb ola bilər. O, Rusiyanın ənənəvi olaraq erməni xalqı ilə sıx münasibətlərə malik olduğunu və ermənilərin Rusiya cəmiyyətində geniş təmsil olunduğunu qeyd edib.
Volodin vurğulayıb ki, Moskva Ermənistanın daxili işlərinə müdaxilə etməkdən danışmır, əksinə siyasi qərarlarda "əxlaq və məsuliyyət" məsələsini vacib hesab edir.
Siysətçi həmçinin qeyd edib ki, Rusiya tarixi və insani əlaqələri bölüşdüyü ölkələrlə dostluq və müttəfiqlik münasibətləri inkişaf etdirməkdə maraqlıdır.
21:24 12.05.2026
Oxunuş sayı: 54