Karapetyan seçkilərə qədər Ermənistan əhalisinin demək olar hamısının Paşinyandan imtina edəcəyini bildirib
"Güclü Ermənistan" partiyasının lideri və baş nazirliyə namizəd Samvel Karapetyan bildirib ki, vətəndaşlar Nikol Paşinyanı son səkkiz ildəki siyasətinə görə rədd edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Aysor" məlumat yayıb.
Karapetyanın sözlərinə görə, mövcud hakimiyyət ərazilərini təslim edib və insanları yoxsulluğa sürükləyib.
O bildirib ki, İnsanlar Paşinyana və onun komandasına qarşı çıxış edirlər və onların sayı hər gün artır və artmağa davam edəcək.
Samvel Karapetyanın sözlərinə görə, 7 iyun tarixinə qədər Paşinyanı rədd edən vətəndaşların sayının Ermənistan əhalisinin 90%-nə çatacaq.
21:18 12.05.2026
Oxunuş sayı: 45