Ermənistan- Rusiya gərginliyi səfirin "başında çatlayıb"?
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan tətildədir və Moskvadan İrəvana gəlib.
Crossmedia.az xəbər verir ki, o, "Aysor.am"-a müsahibəsində tətilinin 11 mayda başladığını və iyunun birinə qədər davam edəcəyini bildiribş
Diplomat vurğulayıb ki, tətili Ermənistan-Rusiya münasibətlərindəki yeni inkişaflarla və ya bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq İrəvana etiraz notası təqdim edilməsi ilə əlaqəli deyil.
"Tətilimlə bu hadisələrin nə əlaqəsi var? Bu, sadəcə bir təsadüfdür. Mən məzuniyyət ərizəmi bir ay əvvəl təqdim etmişəm", - deyə Arsenyan digər məsələlər barədə şərh verməkdən imtina edib.
7 mayda Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvanda verdiyi açıqlamalara cavab olaraq Ermənistana etiraz notası göndərib.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı Moskvanın Zelenskiyə "terror təhdidləri" üçün platforma təqdim etməsinin qəbuledilməz olduğu mövqeyi ilə tanış edib.
Rusiya tərəfi həmçinin vurğulayıb ki, Ermənistan hakimiyyəti Zelenskinin İrəvanda Rusiyaya qarşı verdiyi açıqlamalara lazımi mənfi qiymət verməyib və bu, Moskvanın fikrincə, Ermənistan-Rusiya tərəfdaşlığının mahiyyətinə ziddir.
Arsenyan Rusiya tərəfinin mövqeyini rəsmi Yerevana çatdıracağına söz verib.
21:21 12.05.2026
Oxunuş sayı: 46