Çinə səfəri zamanı Trampı kimlər müşayət edəcək?
Donald Tramp administrasiyası bu həftə prezidenti Çinə səfərə müşayiət etmək üçün Elon Mask, Apple şirkətinin baş direktoru Tim Kuk və Amerikanın böyük korporasiyalarının rəhbərlərini dəvət edib.
Crossmedia.az Bloombergə istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki mənbə bildiirb.
Agentliyin məlumatına görə, nümayəndə heyətinə Goldman Sachs şirkətinin baş direktoru David Solomon, Blackstone şirkətinin baş direktoru Stephen Schwarzman, BlackRock şirkətinin baş direktoru Larry Fink, Citigroup şirkətinin baş direktoru Jane Fraser və Meta Platforms şirkətinin nümayəndəsi Dina Powell McCormick də daxil ola bilər.
Bloomberg qeyd edir ki, ABŞ prezidentinin Pekinlə bir sıra biznes sövdələşmələrinə və satınalma müqavilələrinə səbəb olacağına ümid etdiyi səfərdə Trampa 10-dan çox rəhbərdən ibarət qrup qoşulacaq.
Səfər mayın 13-də baş tutacaq.
20:20 11.05.2026
Oxunuş sayı: 46