Estoniya Rusiya ilə sərhədini möhkəmləndirmək üçün əlavə 17 milyon avro ayıracaq
Estoniya Rusiya ilə sərhədini möhkəmləndirmək üçün əlavə 17 milyon avro ayıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə ERR məlumat ayyıb.
Qeyd olunub ki, Baltikyanı respublika hökuməti bu qərarı cari il üçün büdcə düzəlişlərinin bir hissəsi olaraq qəbul edib.
Bəyanatda deyilir: "Şərq sərhədinin möhkəmləndirilməsi tədbirləri çərçivəsində əvvəllər qəbul edilmiş müqavilə öhdəliklərini ödəmək üçün 17 milyon avro ayrılır".
Daxili işlər naziri İqor Taronun qeyd edib ki, bu, ümumavropa kontekstində vacib xəbərdir. Çünki bu, həm də Aİ-nin xarici sərhədinə aiddir. O əlavə edib ki, hökumətin qərarı Estoniyanın planlaşdırılan işləri davam etdirə və 2027-ci ilə qədər "Avropanın ən yaxşı və ən təhlükəsiz xarici sərhədi"nin tikintisini başa çatdıra biləcəyinə inam yaradır.
20:16 11.05.2026
Oxunuş sayı: 53