Tramp: Tehran əvvəlcə zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılaşıb, lakin...
ABŞ prezidenti Donald Tramp iddia edir ki, Tehran əvvəlcə zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılaşıb, lakin sonra geri çəkilib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Çünki onlar, mənim dediyim kimi, bizə nüvə tozu vermək niyyətindədirlər", - Tramp bildirib.
Amerika liderinin sözlərinə görə, yalnız Çin və ABŞ İsfahan, Nətənz və Fordodakı dağıdılmış yeraltı qurğulardan uran çıxarmağa qadirdir.
20:02 11.05.2026
Oxunuş sayı: 70