Aİ ölkələri Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı danışıqlara başlayıblar
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı danışıqlara başlayıblar.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyibş
Qeyd olunub ki, bu paketə Rusiya hərbi-sənaye kompleksinə və Rusiya neftini daşıdığı iddia edilən tankerlərə məhdudiyyətlər daxil olacaq.
"Biz Aİ ölkələrinə yeni məhdudiyyətlər üçün sorğu təqdim etmişik. Sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksini, eləcə də kölgə donanmasını hədəf almalıdır. Lakin biz həmçinin hər bir hal üçün ayrıca sanksiyalar tətbiq etməyə davam etmək qərarına gəlmişik. Biz böyük paketlər barədə razılığa gəlməyə çalışmayacağıq, əksinə Rusiyanın gəlirlərini məhdudlaşdıra biləcək hər hansı tədbirləri ardıcıl olaraq həyata keçirəcəyik", - deyə o bildirib.
19:52 11.05.2026
Oxunuş sayı: 42